İsrail: Həmas ilə məhbus mübadiləsi danışıqları gələn həftə davam edəcək


İsrail,Həmas ilə əsir mübadiləsi və atəşkəs danışıqlarının gələn həftə yenidən başlayacağını açıqlayıb.



İsrailin rəsmi televiziyası KAN-da yayımlanan xəbərdə Mossad direktoru David Barneanın Parisdəki görüşlərindən sonra İsrailə döndüyü bildirilib.

Qeyd edilib ki, Barnea Parisdəki görüşdə İsrailin danışıqlar qrupunun hazırladığı yeni məhbus mübadiləsi razılaşması təklifini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taniyə təqdim edib.

Görüşdən sonra İsrail əsir mübadiləsi və atəşkəs danışıqlarının gələn həftə davam etdiriləcəyini açıqlayıb.

Qətər, Həmas və ABŞ hələlik məsələ ilə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu