Yəməndəki husilər 100 nəfər əsiri azad edəcəklər

Yəməndə İranın dəstəklədiyi husilər bu gün əllərində olan 100 məhbusu birtərəfli qaydada azad edəcəklərini açıqlayıblar.
Husilərin Məhbuslarla İş üzrə Mütəxəssisi Abdulkadir əl-Murteza X sosial media hesabında məsələ ilə bağlı açıqlama verib.
Murteza Husilərin lideri Əbdülməlik əl-Hutinin göstərişi ilə bu gün birtərəfli humanitar təşəbbüsə əl atacaqlarını və bu çərçivədə ən az 100 məhbusu azad edəcəklərini bildirib.
Yəmən hökuməti husilərin bu təşəbbüsü ilə bağlı hələlik açıqlama verməyib.