Netanyahu: Hizbullaha qarşı təəccüblü planlarım var


İsrailin baş naziri Binyamin Netanyahu ordunun Hizbullaha qarşı hücumların davam etdiyi Livan sərhəd xəttində daim hərəkətdə olduğunu ifadə edərək, "Ətraflı, vacib, hətta təəccüblü planlarımız var" deyib.



Baş nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu İsrail Ordusunun Şimal Komandanlığının qərargahını ziyarət edib və ordunun Hizbullaha qarşı hücumları ilə bağlı brifinq keçirib.

Hizbullaha qarşı hücumların davam etdiyini qeyd edən Netanyahu, "Şimal cəbhəsində davamlı olaraq fəaliyyət göstəririk. Detallı, əhəmiyyətli, hətta təəccüblü planlarımız var" deyib.

Netanyahu sözügedən planlar haqqında ətraflı məlumat verməyəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu