Rəsmi Bakı: Azərbaycan Tayvanın müstəqilliyini tanımır


Azərbaycan Tayvanın müstəqilliyini tanımır.


AFN.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabında deyib.

"Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası "vahid Çin" siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır", deyə XİN sözçüsü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu