İran prezidenti Rəisinin helikopterinin qalıqları tapıldı
İran dövlət televiziyası Akıncı PUA-nın aşkarlanmasından sonra prezident və onun heyətini daşıyan helikopterin qalıqlarında həyat əlamətinin olmadığını açıqlayıb.
Məsələ ilə bağlı İran dövlət televiziyasının xəbərlərində məlumat verilib.
Sözügedən xəbərdə Rəisi və heyətini daşıyan helikopterin qalıqlarında həyat əlamətinin olmadığı qeyd edilib.
Axtarış-xilasetmə qruplarının hadisə yerinə doğru hərəkət etdiyi bildirilib.