İran 2020-ci ildə vurulan Ukrayna təyyarəsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini açıqlayıb


İran Xarici İşlər Nazirliyi 2020-ci ildə paytaxt Tehran səmasında Ukrayna təyyarəsinin vurulmasına görə "hüquqi məsuliyyətini yerinə yetirməməsi" ilə bağlı ittihamların doğru olmadığını iddia edib.



İran Xarici İşlər Nazirliyi Ukrayna, İngiltərə, Kanada və İsveçi təmsil etmək üçün yaradılmış Beynəlxalq Koordinasiya və Müdaxilə Qrupunun Ukraynaya məxsus PS752 təyyarəsinin vurulması ilə bağlı verdiyi açıqlamaya cavab verib.

Bildirilib ki, hadisə zamanı vətəndaşlarını itirən Ukrayna, İngiltərə, Kanada və İsveç nümayəndələri texniki hesabatın hazırlanmasında, o cümlədən təyyarənin qara qutularının oxunmasında iştirak ediblər.

Nazirlik İranın hüquqi məsuliyyəti öz üzərinə götürməməsi ilə bağlı ittihamların doğru olmadığını, hadisə ilə bağlı bütün beynəlxalq məsuliyyətin yerinə yetirildiyini bildirib.

Təyyarənin vurulmasına görə məsuliyyət daşıyan məmurlara qarşı məhkəmə prosesinin həssaslıqla aparıldığı, 10 müttəhimə həbs cəzası verildiyi, həyatını itirənlərin hər birinin ailəsinə 150 ​​min dollar təzminat ödənildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu