İranda bələdiyyə sədri öldürülüb


İranın Fars əyalətinin Şiraz şəhərinin 5-ci rayon meri Reza Mesudinin evində naməlum şəxslər tərəfindən öldürüldüyü açıqlanıb.



İran dövlət televiziyasının məlumatına görə, Məsudinin naməlum şəxslər tərəfindən öldürülməsi xəbəri Şiraz Bələdiyyə Şurasının zalında elan edilib.

Xəbərdən sonra Şiraz Bələdiyyə Şurası boşaldılıb.

Digər tərəfdən yerli media Mesudinin yerli vaxtla saat 14:00 radələrində Şirazın Şəhid Ağayı küçəsindəki evində ölü tapıldığını bildirib.

Merin öldürülməsinin təfərrüatları barədə hələlik ətraflı məlumat paylaşılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu