Kiyev Varşavanı Ukraynadakı sənaye obyektlərinin özəlləşdirilməsində iştirak etməyə dəvət edib


Ukrayna hakimiyyəti Polşanı obyektlərin böyük özəlləşdirilməsində iştirak etməyə dəvət edib.



Bu barədə Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval mayın 11-də özünün Telegram kanalında məlumat verib.

“Nazirliyin geniş miqyaslı özəlləşdirmə potensialını, xüsusən kimya və titan sənayesini araşdırmaq üçün Ukraynaya nümayəndə heyəti göndərməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Polşa tərəfi qida sənayesini, çörək fabriklərini də nəzərdən keçirir. Koval əlavə edib ki, o, Polşa nümayəndələrini içki zavodlarına baxmağa dəvət edib.

Rəsminin sözlərinə görə, Polşanın Dövlət Aktivləri Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib, özəlləşdirmə kampaniyası isə yayda planlaşdırılır. Növbəti addım özəlləşdirmə obyektlərini şəxsən yoxlamaq məqsədi ilə Polşa nümayəndə heyətinin birbaşa Kiyevə səfəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu