ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Nyu-Meksikodakı Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.



Bu barədə Fox News xəbər verib.

Hadisə yerli vaxtla saat 11:50 radələrində White Sands Milli Parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub və o, son anda katapult vasitəsilə kabinədən çıxa bilib.

Pilotun səhhəti və qəzanın səbəbləri barədə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu