59 yaşlı Monika Belluççinin büstqaltersiz libası görənləri təəccübləndirdi
İtalyan aktrisa və model Monika Belluççi "Elle" jurnalının ispan versiyası üçün çəkilişlərdə iştirak edib.
Nəşr onun İnstaqram səhifəsində nümayiş olunub.
Yayımlanan fotoda 59 yaşlı məşhur dar şəffaf libasda yan tərəfə kameraya çevrilərək fiqurasını nümayiş etdirib. Ulduzun büstqaltersiz pozası görənləri yaxşı mənada təəccübləndirib.
Belluççi digər çəkilişlərdə də iri həcmli qara pencək və mesh taytda görünüb. Bundan əlavə, o, dərin dekolteli dar paltarda və kiçik qızıl zəncirlə bəzədilmiş dəri kəmərdə rol alıb.
Monika Belluççi və aktyor Vinsent Kasselin qızı, model Deva Kassel də fotosessiyada rol alıb.