Tramp yaxşı ölkələrdən miqrant axınının olmamasından təəssüfləndiyini bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp miqrantların mənsub olduğu ölkələrlə bağlı sərt fikirlərini açıqlayıb və eks-prezidentin yaxşı adlandırdığı ölkələrin vətəndaşlarının ABŞ-a köçməməsindən təəssüfləndiyini bildirib.
Bu barədə The New York Times məlumat yayıb.
Eks-prezident Danimarka, İsveçrə və Norveç kimi dövlətləri yaxşı ölkələr hesab etdiyinə bildirib və əlavə edib ki, miqrantlar ABŞ-a sadəcə inanılmaz yerlərdən və fəlakət olan ölkələrdən gəlirlər.