Serbiyada iki MiQ-29 qırıcısı naməlum təyyarəni ələ keçirmək üçün havaya qaldırılıb


Serbiya ordusu respublikanın hava məkanında naməlum təyyarə aşkar edildikdən sonra iki MiQ-29 qırıcısını havaya qaldırıb.



Bu barədə martın 30-da ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, insident şənbə günü yerli vaxtla saat 10:39-da Belqraddan 100 km aralıda, 5,5 min metr yüksəklikdə, Valyevo şəhəri üzərində baş verib.

Qırıcı təyyarələr Serbiya Prezidenti və Ali Baş Komandan Aleksandr Vuçiçin əmri ilə havalanıb. Öz növbəsində növbətçi hava hücumundan müdafiə və radar raket bölmələri döyüş növbətçiliyini yerinə yetirməyə davam edib.

“Bir cüt növbətçi təyyarə ələ keçirmə zonasına doğru yönələn zaman radar göstəricilərinin əks olunması səbəbindən hədəf itib. Qırıcılar uçuşlarını davam etdirib və vəziyyəti təsdiqləmək üçün ərazini lazımi qaydada axtarıblar”, - məlumatda deyilir.

Axtarışdan sonra qırıcılar öz aerodromlarına qayıdıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu