Süni intellekt sayəsində həkimlər xəstələri ilə daha çox vaxt keçirə biləcəklər


Alimlər müəyyən ediblər ki, süni intellekt proqramı Chat GPT həkimlərdən təxminən 10 dəfə tez tibbi hesabat hazırlayır.


İsveçrədən olan bir həkim bildirib ki, süni intellektdəki irəliləyişlər sayəsində səhiyyə işçilərinin inzibati yükünü azaltmaq imkanları var. Bu yolla həkimlər xəstələri ilə daha çox vaxt keçirə bilərlər.

İsveçli və İsveçrəli tədqiqatçılar Chat GPT və işçi qüvvəsini sürət və ardıcıllıq baxımından müqayisə edən 6 hadisədən ibarət pilot araşdırma aparıblar.

Araşdırmaya görə, 2 ortopedik cərrah tərəfindən hazırlanan qondarma işlərin xəstəxanadan çıxma kağızları həkimlər və Chat GPT tərəfindən doldurulub.

Hesabatlar sahə üzrə 15 ekspertdən ibarət komitəyə təqdim edilib.

Mütəxəssislər hesabatlar arasındakı fərqi ayırd edə bilməsələr də, həkimlərin əl ilə hazırladıqları hər hesabat üçün orta hesabla 27,8 dəqiqə, Chat GPT isə oxşar keyfiyyətdə hesabat yaratmaq üçün orta hesabla 2,9 dəqiqə vaxt sərf etdikləri müəyyən edilib.

İsveçrədəki Uppsala Universitet Xəstəxanasında ortoped həkimi olaraq çalışan Kris Broden, Chat GPT tərəfindən hazırlanan qeydlərin keyfiyyət baxımından ümumiyyətlə insan əlləri ilə hazırlanan notlara bənzədiyini, lakin süni intellektin insanlardan təxminən 10 qat daha sürətli olduğunu bildirib.

Broden, artıq 1000 real xəstənin tibbi qeydlərini ehtiva edən daha əhatəli süni intellekt testi üzərində işə başladıqlarını deyib.

Həkimlərin həddindən artıq sənəd yükü olduğuna diqqət çəkən Broden, "Süni intellektdəki irəliləyişlər sayəsində səhiyyə işçilərinin inzibati yükünü azaltma imkanları var. Bu sayədə həkimlər xəstələri ilə daha çox vaxt keçirə biləcəklər" - deyə qeyd edib.

Araşdırmanın məqaləsi “Acta Orthopaedica” jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu