Uels Baş Naziri Getinq Avropanın ilk qaradərili lideri oldu


Uelsin baş naziri Vaughan Getinq Kardiffdə 25 ildir hakimiyyətdə olan Uels İşçi Partiyasının lideri seçildikdən sonra Avropanın ilk qaradərili lideri olmaqdan qürur duyduğunu söyləyib.



Keçmiş hüquqşünas və hazırkı İqtisadiyyat naziri olan 50 yaşlı Getinq çərşənbə günü keçmiş lider 69 yaşlı Mark Drakefordu əvəz edəcək. Drakeford beş illik vəzifəsindən sonra dekabr ayında istefa verib.

Zambiyada uelsli ata və zambiyalı anadan dünyaya gələn Vaughan Getinq Avropa ölkəsinin ilk qaradərili lideri olmaqdan şərəf duyduğunu və Uels tarixində yeni bir səhifədən danışıb.

Britaniya İşçi Partiyasının lideri və 2025-ci ilin yanvarına qədər keçirilməsi gözlənilən Böyük Britaniya ümumi seçkilərinin ən böyük favoriti olan Keir Starmer X vasitəsilə Vaughan Getinqə təbriklərini göndərib.


Mənbə:Ajans Bizim



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu