Yunanıstanda həkimlər iş saatları xaricində cərrahiyyə tətbiqinə etiraz ediblər
Yunanıstanın paytaxtı Afinada həkimlər və səhiyyə işçiləri dünəndən başlayan bəzi dövlət xəstəxanalarında iş saatları xaricində ödənişli sadə cərrahiyyə əməliyyatına etiraz ediblər.
Afinadakı "Evangelismos" xəstəxanasına toplaşan nümayişçilər şüarlar səsləndirərək, iş saatları xaricində sadə cərrahiyyə əməliyyatlarının aparılmasına qarşı olduqlarını bildiriblər.
Nümayişçilərin oxuduğu bəyannamədə səhiyyə sisteminin bu təcrübə ilə özəlləşdirildiyi bildirilib və “Hər kəsin səhiyyə sisteminə daxil olmaq hüququ var” ifadəsi işlədilib.
Açıqlamada dövlət xəstəxanalarında çalışan həkimlərin xəstələri heç vaxt müştəri kimi görməyəcəyi vurğulanıb.
Səhiyyə naziri Adonis Georgiadis dünən ilk cərrahiyyə əməliyyatının aparıldığı Salonikidəki "Papageorgiu" xəstəxanasına səfəri zamanı bir nəfərin şifahi etirazına məruz qalıb.
Etirazçı "Sağlamlıq kommersiya məhsulu deyil. Bu, cəmiyyətin rifahı və sağlamlığı üçün təmin edilməlidir" deyib.
Xəbərdə iş saatları xaricində əməliyyat ödənişlərinin 300 ilə 2 min avro arasında dəyişdiyi və bu əməliyyatların Salonikidəki "Papageorgiu", "Agios Pavlos" və "Ahepa", Afinadakı "Genimata", "Dedeağaç" və "Kavala" xəstəxanalarında aparılacağı bildirilib.