Fransada praktikant həkimlərdən tətil qərarı


Avropanı tətil dalğası bürüyüb desək, yanılmarıq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə dəmiryolçuların aksiyası davam etdiyi vaxtda, Fransada səhiyyə sektorunun ikinci sütunu kimi tanınan ümumi praktikantlar iş şəraitinin pisləşməsinə etiraz etməyə başlayıblar. Onlar konsultasiya haqlarının artırılmasını da tələb edirlər. Etirazlar səbəbindən praktikant həkimlər 26 dekabr 2022-ci ildən etibarən işlərini dayandırıblar.
Fransa mətbuatında yer alan xəbərə görə, "Sabah üçün Həkimlər Cəmiyyəti"ndən verilən açıqlamada, iş şəraitinin pisləşməsinə etiraz və artım tələbi ilə 26 dekabr 2022-ci ildə iş yerlərini tərk edən ümumi praktikantların tətili 8 yanvara qədər davam edəcək.
Hökumətin həkimlərin tələblərini yerinə yetirmədiyini bildirən etirazçılar şüarlar səsləndirərək hökumətə müraciət ediblər. Praktikant həkimlər, ağ xalatları və gəzdirdikləri xarici valyuta ilə tələblərinin təmin olunmasını tələb ediblər.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu