İngiltərədə dəçiryolçuların tətili yeni ildə də davam edir
İngiltərədə dəmiryolçuların maaşlarının artırılması ilə bağlı fikir ayrılığı səbəbindən bir müddətdir davam edən tətil yeni ildə də davam edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə Dəmir Yolu, Dənizçilik və Nəqliyyat Konfederasiyası ilə dəmir yolu operatoru "Network Rail" arasında davam edən fikir ayrılığı səbəbindən birliyə üzv olan 40 min dəmiryol işçisi yeni ilin ilk həftəsinə 48 saatlıq tətilə başlayıb. İşin dayandırılması Milad və Yeni il tətillərindən sonra işə qayıdan on minlərlə insana təsir edib.
Birliyin tətil qərarı ilə əlaqədar "Network Rail" tərəfindən açıqlamada bildirilir ki, "Baş verən proseslərlə bağlı 8 yanvar- bazar gününə qədər dəmir yollarında qatar xidmətləri əhəmiyyətli dərəcədə azalacaq. Qatarlar daha sıx olacaq, yəqin ki, daha gec başlayacaq və daha erkən bitəcək, bəzi yerlərdə isə ümumiyyətlə xidmət olmayacaq”. Əgər konsensus əldə olunmasa, dəmiryol işçiləri bu gün və sabah da tətil edəcəklər.
Leyla