Almaniyada maşinistlər 4 ayda 6-cı dəfə tətil edəcəklər


Alman Maşınistlər İttifaqı (GDL) son 4 ayda 6-cı dəfə tətil etmək qərarına gəlib.


GDL-dən verilən açıqlamaya görə, Alman Dəmir Yollarında çalışan sürücülər işəgötürənləri inflyasiyaya qarşı daha yaxşı maaş verməyə məcbur etmək üçün 24 saatlıq xəbərdarlıq tətili keçirəcəklər.

Açıqlamada bildirilir ki, yük qatarlarında martın 11-i yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə martın 12-də saat 02.00-da iş dayandırılacaq və tətil martın 13-ü saat 02.00-da başa çatacaq.

Yeni tətil Almaniya Dəmir Yolları ilə GDL arasında əmək haqqı mübahisəsi ilə bağlı son 4 ayda 6-cı tətil olacaq.

Açıqlamada, Alman Dəmir Yollarının 10 Mart 2024-cü il saat 18:00-a qədər yazılı təklif təqdim etmək üçün təyin etdiyi son müddəti "heç bir şey etmədən" qaçırdığı və Alman Dəmir Yollarının GDL-ni tətilə məcbur etdiyi bildirilib.

Alman Dəmir Yolları isə avqust ayı etibarilə maşinistlərin maaşlarında orta hesabla yüzdə 4,8, 2025-ci ilin aprelində isə 5 faiz artım təklif edib. GDL bu təklifi qəbul etməyib.

Alman Dəmir Yolları işçi qüvvəsi çatışmazlığı səbəbindən həmkarlar ittifaqının iş vaxtının azaldılması tələbini rədd edərək, iş saatlarında çeviklik təklif edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu