Venesuela Argentinadan gələn bütün təyyarələrə öz hava məkanını bağladı


Venesuela ölkənin yük təyyarəsinin ələ keçirilməsində rolu olduğu səbəbilə Argentinadan gələn bütün təyyarələr üçün hava sahəsini bağlayıb.


Bu barədə Xarici işlər naziri İvan Gil sosial media hesabında yazıb.

Argentina prezidenti Javier Milei hökumətinə dəfələrlə xəbərdarlıq etdiklərini vurğulayan Gil, "Onlar sırf şimaldakı qoruyucularını sevindirmək üçün şirkətimizə qeyri-qanuni ziyan vurdular. Bu zərəri kompensasiya etmədikcə Argentinaya gedən və ya Argentinadan gələn heç bir təyyarə hava məkanımızdan uçmayacaq" deyə qeyd edib.

Argentina prezidentinin sözçüsü Manuel Adorni də gündəlik mətbuat konfransında Venesuelanın qərarına qarşı diplomatik addım atacaqlarını bildirib.

Adorni Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozduğuna görə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) çərçivəsində tədbirlər görəcəklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu