Almaniya Daxili İşlər Nazirliyi “Müsəlman düşmənçiliyi” xəbərini öz saytından silib


Almaniya Daxili İşlər Nazirliyi Berlin-Brandenburq Ali İnzibati Məhkəməsinin qərarından sonra 9 nəfərlik Müsəlman düşmənçiliyi üzrə Müstəqil Ekspert Qrupunun hazırladığı “Müsəlman düşmənçiliyi” ilə bağlı hesabatı internet saytından çıxarıb.



Ölkə mətbuatında yer alan xəbərə görə, Almaniya Daxili İşlər Nazirliyinin Berlin-Brandenburq Ali İnzibati Məhkəməsinə göndərdiyi məktubda sözügedən ekspertiza rəyinin internetdən və əllərində olan çap nüsxələrinin silindiyi bildirilib.

Bildirilib ki, nazirlik bundan sonra hesabatla bağlı necə hərəkət edəcəyini və gələcəkdə dərc edilib-edilməməsinin müsəlmanlara qarşı düşmənçilik üzrə Müstəqil Ekspert Qrupundan asılı olduğunu araşdıracaq.

Nazirlik bundan sonra hesabatı rəsmi açıqlama sayıla biləcək formada dərc etməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu