İsveçrənin Alp dağlarında beş xizəkçi ölü tapılıb


İsveçrənin Alp dağlarında itkin düşən 5 xizəkçinin cəsədi tapılıb.


İsveçrə polisindən verilən açıqlamada bildirilir ki, altıncı şəxsi hələ də axtarılır.

Qrup 3706 metr yüksəklikdəki Tete Blanche dağının yaxınlığında itdikdən sonra şənbə günü böyük axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Onlar İsveçrə-İtaliya sərhədindəki Arolla istiqamətində xizək turu üçün yola düşmüşdülər.

İsveçrənin Valais kanton polisindən verilən açıqlamada, altı xizəkçidən beşinin yerli vaxtla saat 21:20-də "həyat əlaməti olmadan" tapıldığı bildirilib.

Rəsmilər daha əvvəl BBC-yə bildirmişdilər ki, xizəkçilərin hamısı İsveçrə vətəndaşıdır və onların yaşları 21 ilə 58 arasında dəyişir.

Yerli polis, marşrutun hər iki tərəfindəki qrupların xəbərdar edildiyini, lakin sərt hava şəraitinin əməliyyata mane olduğunu açıqlayıb.

Alp dağlarında bir neçə gündür güclü küləklər, son 24 saat ərzində isə güclü qar yağıb.

Zermattla qonşu olan Saas-Fee qış kurortuna gedən yol hazırda qarla bağlanıb.

Zermattın hava xilasetmə xidmətinin rəhbəri Anjan Truffer havanın pis olduğunu, uçuşun bir seçim olmadığını, çox güclü külək, güclü qar, yüksək uçqun təhlükəsi və görmə məsafəsinin sıfır olduğunu söyləyib.

Qrupun son siqnalı gecə saatlarında qeydə alınıb. Truffer bunun xilasedicilərə onların yerləri haqqında təxmini fikir əldə etməyə imkan verdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu