İsveçrədə güclü küləklə müşayiət olunan tufan qopub


İsveçrə meteorologiya xidməti və yerli medianın məlumatına görə, bazar ertəsi səhər İsveçrənin La Chaux-de-Fonds şəhərində küləyin sürəti 217 km/saata çatan tornado ən azı bir nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub.


Yerli "24 Saat" qəzeti dəmiryol vağzalı yaxınlığında kranın aşması nəticəsində ən azı bir nəfərin öldüyünü və çoxlu sayda yaralının olduğunu xəbər verir.

İsveçrə ictimai nəqliyyatı CFF sosial mediada hava şəraiti ilə əlaqədar bir neçə marşrutun dayandırıldığını yazıb.

Hadisə şahidləri tərəfindən çəkilmiş çoxsaylı videolarda çox güclü küləyin terrasdan stul və masaları, eləcə də bir çox obyektləri necə uçurduğu əksini tapıb. Evlər damını itirib, ağaclar və dirəklər kökündən qopub. Hazırda xilasetmə işləri aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu