Avropa İttifaqı hava nəqliyyatında islahatlara hazırlaşır
Avropa İttifaqı (Aİ) qurumları Avropa hava hərəkətinin idarə edilməsi sisteminin səmərəliliyini artırmaq üçün Vahid Avropa Hava Məkanı təşəbbüsü ilə bağlı razılığa gəliblər.
Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda Vahid Avropa Səması islahatı üzrə razılığın əldə edildiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, islahatın məqsədi Avropa hava məkanının fəaliyyətini, təşkilini və idarə olunmasını təkmilləşdirməkdir.
Bəyanatda islahatın potensialı və sistem uyğunluğunu artırmaqla yanaşı xərcləri azaltacağı, aeronaviqasiya xidmətlərinin göstərilməsini yaxşılaşdıracağı, aviasiyanın ətraf mühitə və iqlimə təsirini azaldacağı bildirilib.
Açıqlamada Vahid Avropa Hava Məkanı islahatının tutum ehtiyaclarını ödəmək, qənaətlilik və ətraf mühitin çirklənməsi riskini azaltmaq kimi hədəflərini qoruduğu və bunun pilotsuz uçuş qaydalarına da töhfə verəcəyi ifadə edilib.
Bəyanatda üzv ölkələrin hava hərəkətinə nəzarətin strukturunu və maliyyə dayanıqlığını qiymətləndirmək üçün milli nəzarət orqanları yaradacaqları və ölkələrin eyni təşkilatda iqtisadi və təhlükəsizlik nəzarəti funksiyalarını ortaq təşkilati modellərlə birləşdirə biləcəyi bildirilib.
Sözügedən islahat üzv dövlətlərin və AP-nin təsdiqindən və AB-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Mənbə: AA