Avropa İttifaqı İsveçdə Quranın yandırılmasını pisləyib
Avropa İttifaqı İsveçdə Quranın yandırılmasını pisləyir, lakin ifadə azadlığını müdafiə edir. Bu barədə Aİ Xarici İşlər Xidmətinin saytında yerləşdirilən bəyanatda deyilir.
“Bu akt heç bir halda Avropa İttifaqının fikrini əks etdirmir. Quranı və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramiz, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. Avropada irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün təzahürlərinə yer yoxdur”, - bəyanatda deyilir.
Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün qarşılıqlı anlaşma və hörmət üçün birlikdə olmağın vacibliyi vurğulanıb.