SAS zabitləri Suriyada hərbi cinayətlərə görə saxlanılıb


Britaniya hərbi polisi Suriyada əməliyyatlar zamanı hərbi cinayətlər törətməkdə şübhəli bilinən Böyük Britaniyanın Xüsusi Hava Xidmətinin (SAS) 5 əməkdaşını saxlayıb.



Bu barədə martın 5-də “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Böyük Britaniya Müdafiə Nazirliyi istintaqı birbaşa şərh etməyəcəyini bildirib, lakin müdafiə mənbələri bir müddətdir hərbi dairələrdə yayılan həbslərlə bağlı xəbərlərin doğru olduğunu qeyd edib.

Qeyd edilib ki, ölkədə hərbi cinayətlərə görə təqiblər olduqca nadirdir. Şübhəlilərin kimliyi barədə məlumat verilməyib.

Qəzetin qeyd etdiyi kimi, həbs SAS-ın Əfqanıstandakı fəaliyyəti ilə bağlı uzun sürən araşdırma fonunda baş verib. Bölmənin bu ölkədə işlədiyi müddətdə 80-ə yaxın yerli sakini lazımi prosedur olmadan qətlə yetirdiyinə dair şübhələr var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu