Rusiya NATO-nun genişlənməsinə qarşı daha iki hərbi zona yaradır
Rusiya NATO-nun genişlənməsi və Rusiya sərhədlərində hərbi potensialın yaradılmasına cavab olaraq iki yeni hərbi zona yaradıb.
AFN.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb.
Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə çıxış edən Şoyqu ölkə daxilində yeni hərbi bölgələrin yaradıldığı barədə məlumat paylaşıb.
NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensial yaratdığını, Finlandiyanın NATO üzvü olduğunu və İsveçin də Alyansa qoşulacağını xatırladan Şoyqu, "Şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun qruplarını gücləndirmək üçün addımlar atdıq. Leninqrad və Moskva Silahlı Qüvvələrdəki hərbi bölgələr: iki xüsusi strateji regional birlik yaradıldı" - deyə qeyd edib.