Rusiyanın müdafiə naziri: Afrika ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyik
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Afrika ölkələri öz təhlükəsizliyinə təhdidlərə müstəqil cavab vermək gücünə malik olmalıdır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, , Rusiya Müdafiə Nazirliyinin Afrika ölkələri ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Sergey Şoyqu "Qərb ölkələrinin birqütblü dünya düzəninin dağılmasından narahat olduğuna" diqqət çəkərək, "Birqütblü dünyanın dağılmasından və hərbi cəhətdən güclü rəqiblə açıq qarşıdurmadan qorxan Qərb bütün dünyada regional münaqişələri qızışdırır. Belə bir məqsəd siyasət rəqibləri zəiflətmək, resurslar üzərində nəzarəti saxlamaq, öz həyat qaydalarını tətbiq etmək və fikir ayrılığının möhkəmlənməsinə müqavimət göstərməkdir" - deyə qeyd edib.
Afrika ölkələrinin ordularının daha müasir olması lazım olduğunu vurğulayan Şoyqu, "Biz hesab edirik ki, Afrika ölkələrində təlim keçmiş, yaxşı təchiz edilmiş və öz təhlükəsizliyinə yönələn çağırış və təhdidlərə müstəqil şəkildə cavab verə bilən müasir silahlı qüvvələr olmalıdır" - deyib.
O, vurğulayıb ki, Rusiya Afrika ilə hərbi və hərbi-texniki əməkdaşlığını davam etdirəcək.