Norveç kralı xəstəxanaya yerləşdirildikdən sonra Malayziyadan vətənə qayıdıb


Norveç kralı V Harald tətildə olarkən infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyi Malayziyadan martın 3-də qayıdıb.



Qeyd olunur ki, monarx Oslo Universitetinin Rikshospitalet xəstəxanasına köçürüləcək. O, iki həftə xəstəlik məzuniyyətində olacaq. Bu müddət ərzində vəliəhd Şahzadə Haakon Magnus onun səlahiyyətlərini icra edəcək və kralın konstitusiya vəzifələrini öz üzərinə götürəcək.

"O, müalicə və istirahət üçün bir neçə gün xəstəxanada qalacaq", - Reuters kral ailəsindən sitat gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu