Norveç kralının qızı amerikalı şamanla evlənir
Norveç kralı V Haraldın və Kraliça Sonyanın böyük qızı şahzadə Marta Luiza və özünü “irsi şaman” adlandıran onun afro-amerikalı nişanlısı Durek Verret 2024-cü il avqustun sonunda evlənməyi planlaşdırır.
Bu barədə "Agence France-Presse" cütlüyün bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, toy 2024-cü il avqustun 31-də Norveçin Geiranger kəndində YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş eyniadlı fyordun sahilində baş tutacaq. Qeyd olunur ki, kral cütlüyü və Norveçin vəliəhdi Haakon, Märtha Louise-nin qardaşı gələcək həyat yoldaşlarını təbrik edərək, "Dürek Verretti ailəmizə qəbul etməkdən məmnun olacağıq" - deyə bildiriblər.
Marta Luiza Verretlə nişanlandığı üçün kral ailəsinin üzvü kimi rəsmi vəzifələri yerinə yetirməkdən imtina edib. Toydan sonra Verret kral ailəsinin üzvü olacaq, lakin titul almayacaq.