Norveç kralı Malayziyada xəstəxanaya yerləşdirildikdən sonra kardiostimulyator alıb


Malayziyada xəstəxanaya yerləşdirilən Norveç kralı V Harald müvəqqəti kardiostimulyator alıb.



Bu barədə martın 2-də Norveç sarayı məlumat yayıb.

“Kardostimulyator ürək dərəcəsinin aşağı olması səbəbindən implantasiya edilib. Qərar bu gün səhər qəbul edilib və əməliyyat uğurlu alınıb”, - kral sarayının bəyanatında deyilir.

Qeyd edildiyi kimi 87 yaşlı V Haraldın vəziyyəti yaxşıdır, lakin onun istirahətə ehtiyacı var. Əməliyyat monarxın Norveçə qayıtmasını təmin etmək üçün lazım olub.

Kralın tibbi daşınmasının bir neçə gün ərzində reallaşacağı qeyd olunur. Əməliyyat Lanqkavi adasında həyata keçirilib.

Qeyd edək ki, fevralın 27-də V Haraldın məzuniyyəti zamanı Malayziyada xəstəxanaya yerləşdirilib. Eyni zamanda NRK yayım korporasiyası ona infeksiya diaqnozunun qoyulduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu