Eyni şəhərdə iki meksikalı merliyə namizəd bir-birindən bir neçə saat fərqlə öldürülüb


Meksikanın mərkəzi Maravatio şəhərinin meri vəzifəsinə namizəd olan iki nəfər bir neçə saat fərqlə öldürülüb.



Mühafizəkar Milli Fəaliyyət Partiyasından (PAN) Armando Peres və hakim sol təmayüllü Morena partiyasından Migel Anxel Reyes şəxsi avtomobillərində güllələnərək öldürülüb. Bu barədə prokurorluq bildirib.

Peres bazar ertəsi axşam, Reyes isə bir neçə saat əvvəl həkim işlədiyi xəstəxananın yaxınlığında ölmüş vəziyyətdə tapılıb.

Hər iki namizədin iyunun 2-də keçiriləcək seçkilərdə iştirakı planlaşdırılırdı.

Meksika prezidenti Andres Manuel Lopez Obrador çərşənbə axşamı gündəlik mətbuat konfransında qətllərin bədbəxt hadisə olduğunu deyib.

PAN və Morena həm qətlləri pisləyib, həm də namizədlər üçün ədalət tələb ediblər.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

2006-cı ildən bəri Meksikada 80-dən çox bələdiyyə sədri mütəşəkkil cinayətkar dəstələr tərəfindən öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu