Bundestaqın nümayəndəsi: Qarabağdakı hadisələr Rusiya-Ukrayna müharibəsi ilə müqayisə olunmazdır


Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ərazisində yerləşir və heç bir halda Rusiyanın Ukraynanın suveren ərazisində açdığı təcavüzkar müharibə ilə müqayisə oluna bilməz.


AFN.az xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfirliyində keçirdiyi mətbuat konfransında Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker Almaniyanın Qarabağ sakinlərinin məcburi köçkünlük işinə baxılması ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi sualına cavab verərkən deyib.
“Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar və biz onlara sübut bazasını aydınlaşdırmaqda, eləcə də alətlər vasitəsilə mümkün sınaqlar zamanı dəstək məsələsində kömək edirik. Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - deyə Vinkelmeyer-Bekker əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu