Burnunu səhv əməliyyat etdilər - "Andromed" 5883 manat ödəyəcək, "Davinçi" isə...


Məhkəmə pasiyentin şikayəti əsasında "Andromed" Tibb Mərkəzi barəsində qərar qəbul edib.


2019-cu ilin sentyabr ayında Gülnarə Cavadovanın (ad-soyad şərti) sifət nahiyəsində rinoplastika (burun kiçiltmə) əməliyyatı icra olunub. Yanlış tibbi əməliyyat nəticəsində pasiyentin burnunda müəyyən fəsadlar yaranıb.

Xanım tibbi problemlərin aradan qaldırılması məqsədilə ümumilikdə 2 dəfə - 2020-ci ildə "Davinçi" hospitalda 500 manat dəyərində, 2023-cü ildə "Andromed" Tibb Mərkəzində 4500 manat dəyərində yenidən tibbi əməliyyat keçirib.

Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 6300 (1300+500+4500) manat maddi zərər vurulub. Yanlış tibbi əməliyyatı nəticəsində pasiyentin burnunda yaranan fəsadlar isə aradan qaldırılmayıb.

Zərərçəkmiş şəxs hər iki klinika barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. İş Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Ekspertizada əməliyyat üzrə cavabdehlər - həkim və tibb müəssisəsinin (klinikaya münasibətdə obyektiv və subyektiv təqsir) təqsiri müəyyən edilib.

Məhkəmədə pasiyentin "Davinçi" hospitala ödədiyi 500 manatın qəbzi olmadığı üçün sübut sayılmayıb. "Andromed" Tibb Mərkəzində isə əməliyyat xərcləri sübuta yetirilib.

Məhkəmə "Antromed" Tibb Mərkəzi tərəfindən pasiyentə ümumilikdə 5800 manat pul və ödənilmiş 83 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsinə qərarı verilib.

Qaynarinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu