NATO Kiyevin 2025-ci ildən tez olmayan yeni əks-hücum əməliyyatını proqnozlaşdırıb


Ukrayna 2025-ci ildən tez olmayan yeni əks-hücum əməliyyatına başlaya bilər.



Bu barədə fevralın 24-də Amerikanın “The New York Times” qəzeti yazıb.

NATO-nun Avropadakı qüvvələrinin baş komandanı Kristofer Kavolinin çıxış etdiyi brifinqlərdə iştirak edən qəzetin anonim mənbələri bildiriblər ki, NATO Kiyevə diqqətlə xəbərdarlıq edib ki, 2024-cü ili yenidənqurma və müdafiəyə sərf etsin. Yeni əks-hücum planı ən azı 2025-ci ilə qədər təxirə salınmalı olacaq.

Qəzet həmçinin qeyd edib ki, 2023-cü ildə Ukraynanın əks-hücumunun uğursuzluğu ilə NATO ölkələri ağır dərs alıblar. Avropa və ABŞ Kiyevin hazırlanmasına kömək etmək üçün çoxlu resurs sərf edib və düşünüb ki, Ukrayna Silahlı Qüvvələri Donbassı Rusiyadan geri alacaq. Lakin bu baş vermədi və indi Şimali Atlantika Alyansı ölkələri öz proqnozlarında daha ehtiyatlı davranıblar, deyə məqalədə bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu