“Qırğı”dan Baydenə sərt ittiham: Ukraynanın uğursuzluğu...


ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton Co Bayden administrasiyasının Ukrayna ilə bağlı yürütdüyü siyasəti şərh edib.



Publik.az xəbər verir ki, o, bu barədə “The Wall Street Journal” üçün yazdığı məqalədə fikirlərini bildirib.

Bolton bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) ləng əks-hücum keçirməsinin səbəbləri Kiyevə yardımın gec çatdırılmasındadır. Onun fikrincə, silah tədarükü ilə bağlı mübahisələr, eskalasiya qorxusu və Moskvanın hərəkətləri bir sıra ölkələrdə “iflicedici ehtiyatlılığa” səbəb olub.

Eyni zamanda, NATO “Ukraynanın tam suverenliyi və ərazi bütövlüyünün bərpası üzrə öhdəliklərə əməl etmək istəmədiyini” nümayiş etdirir.

Trampın “Qırğı” ləqəbli keçmiş müşaviri əlavə edib ki, Ukrayna ordusunun əməliyyat zamanı ciddi uğur qazana bilməməsi Baydenin Rusiyanın qələbəsini təxirə salmağa yönəlmiş siyasətinin nəticəsidir.

"Ukrayna hücumunun dayanması Baydenin qərarsızlığı ilə əlaqələndirilməlidir", - deyə Bolton onu ittiham edib.

Bundan əvvəl Bolton Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqları vaxt itkisi adlandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu