Britaniya Navalnının ölümünə görə Rusiyaya yeni sanksiyalar tətbiqi haqda düşünür


London Aleksey Navalnının ölümü ilə əlaqədar Böyük Britaniyanın Rusiyaya qarşı yeni fərdi sanksiyalarının tətbiqi imkanlarını nəzərdən keçirəcək.



Bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron Sky News telekanalında bildirib.

“Biz məsuliyyət daşıyan ayrı-ayrı şəxslərin olub-olmadığını və bizim görə biləcəyimiz fərdi tədbirlər və addımların olub-olmadığını öyrənəcəyik. Onları əvvəlcədən elan etmirik, ona görə də əlavə söz deyə bilmərəm. Bununla belə, indi edəcəyimiz işlər budur”, - deyə nazir söz verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu