İndoneziya yeni prezidentini seçir


Dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan İndoneziyada seçki həyəcanı yaşanır. Seçicilər prezidenti və vitse-prezidenti, həmçinin deputatları və yerli nümayəndələri seçmək üçün səs verirlər.



270 milyondan çox əhalisi olan İndoneziyada hazırkı prezident Coko Vidodonun səlahiyyət müddəti başa çatdıqdan sonra mandatı təhvil alacaq şəxsin müəyyən edilməsi üçün sorğular keçirilib.

200 milyondan çox seçici prezident və vitse-prezidenti, həmçinin deputatları və yerli nümayəndələri seçəcək.

Prezidentliyə üç namizəd mübarizə aparır.

Təxminən 17 min adadan ibarət olan İndoneziyada seçicilər 890 min nöqtədə səs verəcək və seçki prosesini 7 milyon məmur izləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu