Barselonada fermerlər etiraz aksiyası keçirib


İspaniyanın müxtəlif bölgələrində fermerlərin etiraz aksiyaları davam edir.



Barselona Şəhər Mühafizəsinin X-də verdiyi məlumata görə, nümayişlərdən biri Barselonanın mərkəzində keçirilir.

Bundan əlavə İspaniyanın Yol Təhlükəsizliyi Baş İdarəsinin məlumatına görə, analoji etirazlara görə ölkənin digər şəhərlərində də yollar bağlanıb. Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışır, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar.

İspaniyada etirazların üçüncü günüdür. Eyni zamanda fermerlər aksiyaların qarşıdakı həftələrdə də davam etdiriləcəyini açıqlayıblar. Bundan əvvəl nümayişlər zamanı 10-dan çox adam saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu