Bağçalar və məktəblər tətilə getməlidirmi? – pediatrlar müxtəlif düşünür


Uşaqlar arasında yayılan viruslar həyəcan vəziyyətindədir. Artıq bəzi pediatrlar uşaq kollektivlərinin, xüsusilə bağça və məktəblərin müvəqqəti bağlanması istiqamətində çağırış edirlər.


Tanınmış pediatr Vaqif Qarayev sosial şəbəkə hesabında bildirib ki, qrip, su çiçəyi, skarlatina, göyöskürək və qızılcaya yoluxmalar artan xətt üzrə inkişaf edir. Həkimin fikrincə, bu xəsrtəliklər artıq epidemiya həddindədir: “Mövsümi digər respirator xəstəlikləri də bura əlavə etsək mənzərə tam olur. Məsləhət?! İllərdi deyilir. Özünü (uşaqlarını) qorumaq istəyən qorudu, digərləri üçün “cin şüşədən çıxıb. Uşaq kollektivlərinin bağlanmamasını düzgün hesab etmirəm! Uşaq-böyük əksər hallarda oralardan yoluxur, hətta özünü qoruyan da. Qızılcanın 25-30+ yaşlarda bu sıxlıqda yayılmasını ilk dəfədir görürəm”.
Bu məsələdə fikirlər müxtəlifdir. Bir çox vətəndaşlar V.Qarayevin fikirlərini dəstəkləyir, bağçaların və məktəblərin müvəqqəti bağlanmasını məqsədəuyğun sayırlar. Bu istiqamətdə aparılan müzakirələrdə Elm və Təhsil Nazirliyinin məktəblilərin qış tətili müddətini şənbə-bazara salması da tənqid edilir. Eyni zamanda, bəzi valideynlər bağça və məktəblərin bağlanmasının işləyən vətəndaşlar üçün problem olacağını bildirirlər.
Bəs tətil verilməsi mümkündürmü? Hazırkı vəziyyətdə bağça və məktəblərin bağlanması zərurəti mövcuddurmu? Pediatr Günay Rəsulova AFN.az-a açıqlamasında hazırda belə bir zərurətin olmadığını dedi: “Adətən belə bir zərurət həmin xəstəliklərdən xəstələrin nə dərəcədə ciddi ağırlaşma və ölüm vermə statistikasına əsasən müəyyən edilir. Açığı, hazırda elə ciddi, tətil elan edilməsini gərəkdirəcək epidimioloji vəziyyət olmadığına görə, situasiya nəzarətdə olduğuna görə elə bir qərara ehtiyac yoxdur. Bu durum gələcəkdə necə dəyişəcək, deyə bilmərəm, amma faktiki elə bir zərurət görünmür”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu