Qızılca necə başlayır – Hansı yaşda ağır keçirilir?


Azərbaycanda kovid pandemiyasından sonra ilk dəfədir ki, çox sayda qızılcaya yoluxma qeydə alınır.


Əvvəl uşaqlarda yayılan qızılca tələbələrə də keçib.

“Medicina” virus xəstəliyinin əlamətlərini təqdim edir.

Qızılca dəri xəstəliyi deyil, o kovid kimi virusdur.
Qızılcanın törədicisi Rubeola adlı virusdur.

Əsasən uşaqlara keçir və uşaqlıq yaşda daha çox yoluxulur.

Körpə və uşaqların ölümünə səbəb olduğu üçün əvvəldən kütləvi immunitet üçün ötən əsrdən peyvəndi var.

İnsan qızılcaya yoluxduğunu ağız və əllərdə, kürəkdə səpkilərdən hiss edir. Amma yoluxma anı bir neçə gün əvvəldən baş verir.

Qızılcanın əlamətləri bir çox viruslarda olduğu kimi:


- Qızdırma
- Titrətmə
- Öskürək
- Ağızda, dəridə, boğazda qızartı
- Qaşınma

- Baş, bədən, əzələ ağrısı
- Halsızlıq
- İştahsızlıq
- Zəiflik

Ləkə, səpki əvvəlcə ağızda, alında başlayır, sonra bədənə yayılır. Onları qaşımaq, yodlamaq, qopartmaq, yumaq olmaz

Əgər uşaq və ya böyük peyvənd olunmayıbsa, 90% halda yoluxur və xəstələnir.

Zəif və əlavə xəstəliyi olan uşaqlar, 20-40 yaş arası gənclər qızılcanı daha çətin keçirir.
Qızılcanın inkubasiya dövrü 14 gündür.

Çox vaxt adi qriplə səhv salınır və xəstə aktiv şəkildə virusu yayır.

Qızılcanın ağırlaşması ağciyər, böyrək, ürək, beyində ola bilər.

Hamilə qadınların qızılcaya yoluxması xüsusilə təhlükəlidir.

Bütün xəstələr sahə ailə həkimi nəzarətində evdə tam təcrid olunmalıdırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu