Bakı Limanı məktəblilər və gənclər üçün proqrama start verib - FOTOLAR


Bakı Limanında məktəblilər və gənclər üçün robotik, kodlama və STEAM kursu fəaliyyətə başlayıb.


“Roboport” adlı bu kurs, şagirdlərə 21-ci əsr bacarıqlarını inkişaf etdirmək və gələcəyin texnologiya istehsalçısı olaraq yetişmək üçün fürsət verir. Bu layihə, uşaqlara erkən yaşlardan başlayaraq kodlaşdırma və texnologiya ilə əlaqəli əsas bilikləri öyrətməyə və inkişaf etdirməyə hədəflənib.
“Gələcəyin mühəndisləri burada yetişir” sloqanı ilə fəaliyyət göstərən kurs müasir texnoloji avadanlıqlara təchiz edilib, iştirakçılar yerli və xarici peşəkar mütəxəssislər tərəfindən praktiki formada tədrisə cəlb ediləcək.
İlkin mərhələdə bu kursda yalnız Ələt qəsəbəsində yaşayan məktəblilər iştirak edir. Texnologiyaya olan marağı ilə fərqlənən şagirdlər xüsusi sorğu üsulu ilə seçilərək hər biri 12 nəfərdən ibarət olmaqla 3 qrup halında, 3-6 aylıq proqramda iştirak edəcək. "Roboport"u uğurla başa vuran şagirdlərə müvafiq diplom və sertifikatlar təqdim ediləcək.




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu