Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb




Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün “Code for Future” ("Gələcəyi kodlaşdır") şüarı ilə həyata keçirilən Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə sənəd qəbulu başa çatıb. Tədris Düşərgəsində iştirak etmək və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmaya yeyələnmək üçün 358 şagird imtahanlarda iştirak edib. Seçimlərə əsasən, ən yaxşı nəticə göstərən 60 iştirakçı Düşərgəyə qəbul olunub.



Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar – 03 fevral 2019-ci il tarixlərində 10 günlük sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak edəcəklər. Proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar. Həmçinin layihənin davamlığını təmin etmək üçün 8 yerli İKT müəllimi də tədris prosesinə cəlb ediləcək. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Mingəçevir şəhər ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin İT savadlılığının artırılması və kodlaşdırma (programlaşdırma) bacarıqlarını inkişaf etdirilməsi, müəllimlərin tədris potensialını gücləndirilməsidir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsində iştirak pulsuzdur. Lahiyə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Bənzər layihə ilk olaraq 5-14 sentyabr 2018-ci il tarixlərində Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.

Əlavə məlumat üçün: Facebook: codeforfuture0110

Instagram: code4future0110

Həştəq: #code4future






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu