Şevardnadzenin nəvəsi Dubayda gürcü restoranı açıb


Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin nəvəsi Mariam Şevardnadze Dubayın ən elit ərazilərindən birində “Kartuli” adlı gürcü restoranı açıb.



Bu barədə BMG yazıb.

Restoran Burj Khalifa göydələni və dünyanın ən böyük ticarət və əyləncə mərkəzlərindən biri olan Dubai Mall-a piyada məsafədə yerləşir.

“Biz restoranda demək olar ki, hər şeyi, o cümlədən üzüm məhsullarını Gürcüstandan gətirmişik. İstəyirik ki, restoranımıza gələn insanlar özlərini 19-cu əsrin evində hiss etsinlər”, - deyə Şevardnadze bildirib.

Onun sözlərinə görə, böyük rəqabət səbəbindən Dubayda biznes qurmaq çətin olsa da, “evdə” konsepsiyası yaxşı işlədi və onlar bazarda öz yerlərini tuta bildilər.

Eyni zamanda Gürcüstan prezidentinin nəvəsi restorana nə qədər sərmayə qoyduğunu açıqlamayıb.

“Novosti-Georgia” xəbər verir ki, Şevardnadze yalnız BƏƏ, Sinqapur və Avropada konseptual şəbəkə açmağa hazırlaşdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu