Diaspor sədrinin oğlundan şəhidlərimizə hörmətsizlik - VİDEO


“Əziz dostlar, dəyərli həmkarlar bu gördüyünüz şəxs özünü Moskva vilayətinin Dolqoprudnı rayonunda Azərbaycan diasporunun sədri kimi tanıdan Namus Nağıyevin oğlu Yaşar Nağıyevdir. Namus müəllimin oğlu Yaşar atasının adının əks istiqamətinə gedərək 20 yanvar ümummilli hüzn günü özünə erməni restoronında doğum günü keçirərək erməni mahnısı sədaları altında rəqs edir”.


AFN.az xəbər verir ki, bu barədə Diaspor İnformasiya Mərkəzi sədri Toğrul Allahverdili bildirib. O, Yaşar Nağıyevin rəqs etdiyi videonu paylaşaraq qeyd edib: "20 yanvar günü doğulmaq Allahın işidir buna sözümüz yox. Amma elə məsələlər var insanın öz əlindədir. Özünə azərbaycanlıyam deyən, diaspor sədrinin oğlu olan belə bir şəxsin millətimizin ağır bir günündə özünə bu şəkildə şadlıq keçirməsi, həm də erməni restoranında, erməni mahnısı ilə bu qəbulolunmazdır, rüsvayçılıqdır, külli ayıbdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu