Azərbaycan diasporunun rəhbəri erməniləri təbrik edib- VİDEO




Təəccüblənmiş azərbaycanlıların İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Milad bayramı münasibətilə tədbirlərdə ölkənin erməni icmasına baş çəkməsini müzakirə etdikləri bir vaxtda Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri Vaqif Mustafayev də erməni xalqını bu bayram münasibətilə təbrik edir, özü də bütün azərbaycanlıların adından (?!).



V.Mustafayev ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını müstəqilliklərinin 25 illiyi münasibətilə təbrik etmişdi. Yenə də “bütün azərbaycanlıların” adından.

İki il əvvəl isə yenə də o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirdə iştirak edərək, nitq söyləmişdi. O zaman mətbuat yazırdı ki, “Vaqif Mustafayevin təbriki ermənilərə xüsusilə xoş təsir bağışlamışdı”.

Vaqif Mustafayev Azərbaycan ictimaiyyətinin diqqətini ilk dəfə hələ 2015-ci ildə özünə cəlb etmişdi. O vaxt diaspor rəhbəri Rostov hakimiyyətinin icazəsi olmadan erməni separatçılarının təşkil etdiyi tədbirdə iştirak etmiş və səhnədə “DQR bayrağı” adlanan əski parçasını dalğalandıran qarabağlı rəqqasların çıxışını ayaq üstə alqışlamışdı.

Prinsip etibarilə ermənipərəst mövqedə olması Vaqif Mustafayevin şəxsi işidir, lakin nəyə görə o, bununla birlikdə Azərbaycan diasporuna rəhbərliyini davam etdirir və “bütün azərbaycanlılar” adından təbriklər göndərir?! Ona bu səlahiyyəti kim verib?



Mənbə: Yenicag.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu