Yaponiya şirkəti saxta etiketlərdən istifadə edirmiş


Yaponiyanın kənd təsərrüfatı və tikinti maşınları istehsalçısı Kubotanın saxta etiketlərdən istifadə etdiyi aşkarlanıb. Şirkətlə bağlı 2 milyon dollar cərimə qərarı verilib.


Yaponiyanın kənd təsərrüfatı və tikinti maşınları istehsalçısı "Kubota Corp." firması ABŞ-dakı filialının saxta "Made in USA" etiketlərinə görə 2 milyon dollar cərimə ödəyəcək.

Rəsmi "Kyodo" agentliyinə görə, 2021-ci ildən "Kubota North America Corp." firmasının istehsal etdiyi minlərlə ehtiyat hissələrinin üzərində saxta “Made in USA” etiketləri aşkar edilib.

Müəyyən edilib ki, “Made in USA” etiketli məhsulların Yaponiya şirkətinin xaricdəki fabriklərində istehsal edilib.

Məlum olub ki, Kubota hissələrin istehsalını ABŞ-dan kənara köçürsə də, istehsal yerindəki dəyişikliyi əks etdirmək üçün bu məhsulların etiketlərini yeniləyə bilməyib.

ABŞ-da yerləşən Federal Ticarət Komissiyası, müvafiq olaraq, "Kubota North America Corp." şirkətinin 2 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb.

Osakada yerləşən, 130 ildən artıq tarixə malik istehsal şirkəti Yaponiyada və xarici bazarda kənd təsərrüfatı və tikinti maşınlarının istehsalçısı kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu