Rusiya MN Belqoroddakı hadisəni terror aktı adlandırdı


Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğramasını terror aktı adlandırıb.


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya MN yayıb.

“Kiyev İl-76 təyyarəsini vuraraq terror aktı törədib. Ukrayna Silahlı Qüvvələri təyyarəni Xarkov vilayətindən zenit-raket kompleksinin köməkliyi ilə vurublar. Rusiya Hərbi Kosmik Qüvvələrini radiolokasiya vasitələri tərəfindən iki Ukrayna raketinin buraxılması qeydə alınıb”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan “İl-76” təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Ukrayna Müdafiə Nazirliyi hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu