“İtkilər arasında hərbçilərimiz yoxdur” - Ukrayna Silahlı Qüvvələri


“Wall Street Journal” jurnalı ukraynalı mənbələrinə istinadən Donbasda əməliyyat zamanı Ukraynanın yüzlərlə hərbi qulluqçusunun həlak olması barədə məlumat yayıb.


Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy isə ukraynalı hərbçilərin həlak olması barədə məlumatları təkzib edib.

“Hazırda ukraynalı hərbi qulluqçular arasında itki yoxdur. Biz öz torpağımızdayıq və onu verməyəcəyik”, - deyə Zalujnıy öz rəsmi feysbuk hesabında bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı daha bir açıqlama yayıb. Məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin aviasiyasını, hərbi infrastrukturunu, hava hücumundan müdafiə vasitələrini, hərbi aerodromlarını sıradan çıxarır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu