Rusiya Ukrayna hərbçilərinin yataqxanasını raketlə vurdu – 600 hərbçi həlak oldu


Ukrayna Silahlı Qüvvələrinin yanvarın 1-də Rusiya hərbçilərinin Donetskin Makeyevka rayonunda müvəqqəti yerləşdirmə məntəqəsini atəşə tutmasına cavab olaraq Rusiya Federasiyasının Birləşmiş qruplaşmasının komandanlığı qisas əməliyyatı keçirib.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kiyevə cavab olaraq Rusiya hərbçiləri Kramatorskda 1300-ə yaxın ukraynalı hərbçinin olduğu iki yataqxanaya zərbə endirib.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müvəqqəti yerləşdirildiyi bu məntəqələrə kütləvi raket hücumu nəticəsində 600-dən çox ukraynalı hərbçi məhv edilib”, – deyə Rusiya MN-nin məlumatında bildirilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Makeyevkada Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin müvəqqəti dislokasiya məntəqəsinə hücum edib. Rusiya MN raket hücumu nəticəsində 89 hərbçinin həlak olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu