Rusiya Makeyevkadakı itkilərini etiraf edib: 63 nəfər


Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə zərbəsi nəticəsində 63 rusiyalı hərbçi ölüb.


“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə qurumunun məlumatında zərbənin rusiyalı hərbçilərin yerləşdiyi əraziyə endirildiyi vurğulanıb.

“Kiyev rejimi Donetsk Xalq Respublikasının (qondarma respublika – red.) Makeevka yaşayış məntəqəsi ərazisində Rusiya silahlı qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib. Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin zərbəsi nəticəsində 63 rusiyalı hərbçi həlak olub”, - məlumatda deyilib.

Rusiya Müdafiə Nazirliyi iki HIMARS raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu